"Qəbələ" - "Qarabağ" matçının vaxtı açıqlanıb

"Qəbələ" - "Qarabağ" matçının vaxtı açıqlanıb
16:37 17 Oktyabr 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, mərkəzi görüş oktyabrın 22-də "Qəbələ" və "Qarabağ" komandaları arasında keçiriləcək. 
Qarşılaşma saat 18:30-da başlanacaq. 
Tura oktyabrın 20-də "Dalğa Arena"da start veriləcək. Həmin gün "Səbail" və "İnter" komandaları üz-üzə gələcək. Ertəsi gün isə Gəncə şəhər stadionunda mövsümün ilk görüşü olacaq. Ot örtüyü yenilənən arenada "Kəpəz" və "Neftçi" komandaları üz-üzə gələcək. Daha bir prinsipial qarşılaşma isə elə oktyabrın 21-də "Sumqayıt"la "Zirə" arasında olacaq. 
20 oktyabr (cümə)
“Səbail” – “İnter”
“Dalğa Arena”, 18:00


21 oktyabr (şənbə)
“Kəpəz” – “Neftçi”
Gəncə şəhər stadionu, 15:00
“Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”, 17:00


22 oktyabr (bazar)
“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 18:30
Qeyd edək ki, bütün görüşlər “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-qarabag-matcinin-vaxti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR