Lerikə güclü qar yağıb

Lerik rayonuna güclü qar yağıb.

Bu barədə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda rayon ərazisində soyuq hava şəraiti müşahidə olunur: "Dağlıq ərazilərdəki kəndlərə 20-25 santimetr hündürlüyündə qar yağıb. Rayon mərkəzinə qar yağmasa da, yağış var. Hazırda güclü qar yağmasına baxmayaraq, kəndlərdə vəziyyət normaldır, yollarda heç bir problem yoxdur. Kəndlərin fasiləsiz elektrik enerjisi ilə təchizatında problem yaranmayıb".//Trend

Bu ərazilərdə sürüşmə, uçqun, subasma aktivləşib - SİYAHI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR