Lerikə güclü qar yağdı

Lerikə güclü qar yağdı
16:52 17 Oktyabr 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Lerik rayonuna güclü qar yağıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə  Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda rayon ərazisində soyuq hava şəraiti müşahidə olunur: "Dağlıq ərazilərdəki kəndlərə 20-25 santimetr hündürlüyündə qar yağıb. Rayon mərkəzinə qar yağmasa da, yağış var. Hazırda güclü qar yağmasına baxmayaraq, kəndlərdə vəziyyət normaldır, yollarda heç bir problem yoxdur. Kəndlərin fasiləsiz elektrik enerjisi ilə təchizatında problem yaranmayıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/591092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR