Əfqanıstanda polis idarəsinə hücum nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb, 170 nəfər yaralanıb- VİDEO

Əfqanıstanda polis idarəsinə hücum nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb, 170 nəfər yaralanıb- VİDEO
17:12 17 Oktyabr 2017
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Əfqanıstanda terrorçu “Taliban” hərəkatı silahlılarının polis idarəsinə hücum nəticəsində ölənlərin sayı, 41 nəfərə, yaralanların sayı isə 170 nəfərə çatıb. 
“Report” “TOLOnews‏”-a istinadən xəbər verir ki, bunu Əfqanıstanın daxili işlər nazirinin müavini Murad Əli Murad bildirib.
O qeyd edib ki, hücumda “Taliban”ın 5 silahlısı iştirak edib və onların hamısı zərərsizləşdirilib. Ölənlərin arasında Qardez şəhər Polis İdarəsinin rəisi Turyalay Abdiani də var. 
Məlumata görə, ölənlərdən 21-i təhlükəsizlik qüvvələrinin əməkdaşı, 20-si isə mülki şəxslərdir.

*** 11:45
Əfqanıstanda terrorçu “Taliban” hərəkatı silahlıları polis idarəsinə hücum ediblər. 
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu yerli hökumətin nümayəndələri bildiriblər.
Paktiya əyalətinin Qardez şəhərinin Polis İdarəsinə edilən hücum nəticəsində 15 nəfər öldürülüb, 40 nəfər yaralanıb.
Məlumata görə, Qardez şəhəri Polis İdarəsinin yaxınlığında terrorçuların idarə etdikləri minalanmış iki avtomobil partladılıb. Bundan sonra silahlılar polis idarəsinin binasına girməyə cəhd göstəriblər. Lakin onların hücumunun qarşısı alınıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-polis-idaresine-hucum-neticesinde-olenlerin-sayi-41-nefere-catib-170-nefer-yaralanib-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR