Dünya neft nəhəngləri ciddi problemlərlə üzləşib

Dünya neft nəhəngləri ciddi problemlərlə üzləşib
17:32 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Dünyanın nəhəng neft şirkətlərinin balansları getdikcə kiçilməyə davam edir. "Report" "SRSroccoreport.com" saytına istinadən xəbər verir ki, buna səbəb şirkətlərin yüksək xərcləri fonunda mənfəətlərinin azalması və borclarının kəskin artmasıdır.
Son 3 ildə aparıcı neft şirkətlərinin EROI (Energy Returned On Invested), yəni energetik rentabelliyi sərt şəkildə azalıb. Məsələn, "Chevron" şirkəti 1997-ci ildə neft 19 dollar/barel olarkən mənfəət əldə etdiyi halda, 2016-cı ildə neftin qiyməti 44 dollar olduqda zərər edib. Aşağıdakı cədvəldə 7 nəhəng neft şirkətinin 2004-cü və 2016-cı illərdə xalis mənfəətləri əks etdirilib:

Nəhəng neft şirkətləri 2008-ci il maliyyə böhranından sonra borclarını kəskin şəkildə artırmağa başlayıb. Belə ki, 2008-ci il böhranından çıxış üçün mərkəzi banklar maliyyə bazarlarına likvidlik ötürərək, neftin qiymətinin artmasına səbəb olsalar da, şirkətlərin kapital xərclərini də artırıblar. Məsələn, 2013-cü ildə 7 ən böyük neft şirkəti 213 mlrd. dollar gəlir əldə etsə də, kapital xərcləri 230 mlrd. dollar olub və xalis pul axını -17 mlrd. dollar təşkil edib. Aşağıdakı cədvəldə 2007-2016-cı illərdə 7 nəhəng neft şirkətinin borcları əks etdirilib:

Bu vəziyyət dünya neft sənayesinin, nəticədə dünya iqtisadiyyatının çökməsinə gətirib çıxara bilər. Prosesin tədricən baş verməsi, o cümlədən qiymətli kağızlar və əmlak qiymətlərinin kəskin azalması proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/dunya-neft-nehengleri-ciddi-problemlerle-uzlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR