"Ofeliya" qasırğası Böyük Britaniyada minlərlə evi elektriksiz qoyub

"Ofeliya" qasırğası Böyük Britaniyada minlərlə evi elektriksiz qoyub
17:32 17 Oktyabr 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Ofeliya" qasırğası bu gün Uels və Şotlandiyada minlərlə evi elektrik enerjisindən məhrum edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, enerji şirkətlərinin məlumatlarına görə, hazırda İrlandiyada 245 min, Şimali İrlandiyada 3,8 min, Uelsin şimalında 4 min, Şotlandiyada isə 1,1 min ev elektrik enerjisiz qalıb.
İrlandiyada 20 min ev həm də qasırğa səbəbindən susuz qalıb. Elektrik enerjisinin bərpasının bir neçə gün çəkə biləcəyi deyilir.
Bir çox sahil ərazilərdə fırtına və mümkün daşqın xəbərdarlığı elan edilib.
İngiltərənin bəzi bölgələrində ağacların relslər üzərinə aşması nəticəsində dəmir yolu əlaqəsində problemlər yaranıb. Sinoptiklər "Ofeliya" qasırğasının təsirinin günün sonuna qədər hiss olunacağını proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ofeliya-qasirgasi-boyuk-britaniyada-minlerle-evi-elektriksiz-qoyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR