Əfqanıstan maliyyə naziri Azərbaycana səfər edəcək

Əfqanıstan maliyyə naziri Azərbaycana səfər edəcək
17:47 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakimi Azərbaycana səfər edəcək.
Əfqanıstanın Bakıdakı səfirliyindən "Report"a verilən məlumata görə, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin dəvəti əsasında həyata keçiriləcək səfər noyabrın 7-8-də baş tutacaq.
Bildirilib ki, E.Ə.Hakimi Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək. Əfqanıstanlı nazır Bakıda iki ölkə arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin genişləndirilməsini müzakirə edəcək. 
Qeyd edək ki, bir neçə gün əvvəl Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili iqtisadiyyat nazirinin müavini Sahil Babayevlə görüşüb. Görüşdə Azərbaycanla Əfqanıstan arasında iqtisadi sahədə əməkdaşlıq üzrə birgə işçi qrupun yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/efqanistan-maliyye-naziri-azerbaycana-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR