Azərbaycan sinoptiklərindən hava müjdəsi: temperatur yüksələcək

Azərbaycan sinoptiklərindən hava müjdəsi: temperatur yüksələcək
12:48 9 Yanvar 2015
167 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yanvarın 7-dən müşahidə edilən soyuq hava şəraitindən sonra sabahdan başlayaraq temperaturlar yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yaxın iki gün ərzində ölkə ərazisində temperature 3-5 dərəcə yüksələcək.

Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti müşahidə ediləcək..

Azərbaycanın rayonlarında havanın yamursuz olacağı gözlənilir, ayri-ayrı yerlərdə duman olacaq. Lakin Lənkəran-Astara bölgəsində havanın arabir yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, gündüz əsasən, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2351349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR