Qorxunc proqnoz - Günəşdə "super partlayış" olacaq, ölüm ehtimalı var

Qorxunc proqnoz - Günəşdə "super partlayış" olacaq, ölüm ehtimalı var
18:14 17 Oktyabr 2017
29 Digər
Ölkə mətbuatı
A- A+

Növbəti yüz il ərzində Günəşdə bütün dünyanın enerji sisteminin işinə təsir etmək gücündə olan "super partlayış" baş verəcək.
 
Lent.az-ın trend-ə istinadən məlumatına görə, bu qənaətə Harvard universitetinin bir qrup alimi gəlib.
 
Qeyd olunur ki, bu partlayış peyklərin sıradan çıxmasına və internetin dayanmasına gətirib çıxara bilər.
 
Günəşdəki partlayış nəticəsində Yerdə baş verəcək texnogen qəzaların insan ölümlərinə də səbəb ola biləcəyi ehtimal edilir.
 
Qeyd edək ki, bu il Günəşdə X gücündə yüksək dərəcəli rentgen partlayışı yanvarın 8-də baş verib. Daha sonra güclü partlayışlar silsiləsi Günəşdə sentyabrın 4-dən baş verib və bir neçə gün davam edib.
 
Günəşdə partlayışdan sonra yaranan maqnit qasırğalarının meteohəssas insanlara da pis təsir etməsi məlumdur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/285882

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR