Biləsuvarda ağır yol qəzası - Yaralılar var

Biləsuvarda ağır yol qəzası - Yaralılar var
18:57 17 Oktyabr 2017
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar rayonunda yol qəzası baş verib. 

Milli.Az bildirir ki, report -un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Qəza zamanı biri azyaşlı olmaqla, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/591177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR