Latviyanın ədliyyə naziri Azərbaycana rəsmi səfərə gələcək

Latviyanın ədliyyə naziri Azərbaycana rəsmi səfərə gələcək
19:17 17 Oktyabr 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Latviyanın ədliyyə naziri Dzintars Rasnaçs (Dzintars Rasnačs) Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə "Report"a diplomatik mənbələrdən bildiriblər.
Məlumatda latviyalı nazirin Bakıya bu gecə gələcəyi deyilir. Səfər çərçivəsində D.Rasnaçs azərbaycanlı həmkarı Fikrət Məmmədovla görüşəcək və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edəcək.
Bundan əlavə, latviyalı nazir Azərbaycanın digər rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/latviyanin-edliyye-naziri-azerbaycana-resmi-sefere-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR