Çində "Hanun" tayfunu - 400 mindən çox adam təxliyə edildi

Çində "Hanun" tayfunu - 400 mindən çox adam təxliyə edildi
19:27 17 Oktyabr 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin beş əyalətində "Hanun" tayfunu ilə əlaqədar 400 mindən çox adam təxliyə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu il Çində sayca 20-ci tayfun olan "Hanun" ölkənin 145 yaşayış məntəqəsində 970 mindən çox insana təsir göstərib.

1000-ə yaxın adamın yardıma ehtiyacı olduğu qeyd olunur. 500-dən çox ev tamamilə dağılıb və ya zərər görüb.

Tayfunun Çin iqtisadiyyatına vurduğu ziyan 85 milyon dollar həcmində ölçülür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/591176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR