Covinko: "Nə üçün İtaliya millisinə çağrılmıram?"

Covinko: "Nə üçün İtaliya millisinə çağrılmıram?"
19:32 17 Oktyabr 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

"Toronto"nun hücumçusu Sebastyan Covinko İtaliya millisindən kənarda qalmasının səbəbini anlamadığını bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı forvard "La Gazzetta dello Sport"a açıqlamasında bu məsələyə toxunub. O, sonuncu dəfə 2015-ci ilin oktyabrında "Scuadra azzurra"nın formasını geyinib.

"MLS-də oynamaq taktiki baxımdan daha asandır. Hücumçuların qol vurmaq şansları daha böyükdür. Amma fiziki baxımdan liqa çox tələbkardır, heç nə asan başa gəlmir.

Özümə sual verirəm ki, nə səbəbə millinin məşq düşərgəsinə belə çağrılmıram? İşimə davam etməkdən başqa heçnə qalmır. Mənim nəzarətimdə olmayan bir şeyə təsir göstərə bilmərəm. David Vilyanın yenidən İspaniya millisinə qayıtmasını onunla izah edərdim ki, onların fərqli qiymətləndirmə meyarları var. klubda yaxşı oynayıb öz şansımı gözləməliyəm. İtaliya millisində oynamaq ən böyük arzumdur" - Covinko deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR