"Azərsu”nun elektron xidmətlərindən istifadə edənlərin sayı 8 dəfə artıb

"Azərsu”nun elektron xidmətlərindən istifadə edənlərin sayı 8 dəfə artıb
20:47 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Azərsu” ASC hazırda 11 növdə elektron xidmət təqdim edir. 
Cəmiyyətdən "Report"a daxil olan məlumata görə, 2017-ci ilin yanvar-sentyabr aylarında vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 215 360 dəfə elektron qaydada müraciət edilib. Təkcə sentyabr ayında “Azərsu” ASC-nin elektron xidmətlərinə 28 mindən çox müraciət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 dəfə çoxdur.
Qeyd edək ki, www.azersu.az saytında yerləşdirilmiş onlayn sorğuda iştirak edənlərin 55,6%-i “Azərsu” ASC-nin təqdim etdiyi elektron xidmətlərdən istifadə etdiklərini bildiriblər. Elektron xidmətlərdən istifadə www.e-gov.az portalı və www.azersu.az saytı üzərindən həyata keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azersu-nun-elektron-xidmetlerinden-istifade-edenlerin-sayi-8-defe-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR