Əfqanıstanda törədilmiş iki terror aktı nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb.
Publika.az xəbər verir ki, partlayışlar nəticəsində 170 nəfər yaralanıb.
Qeyd edək ki, Paktiya əyalətinin Qardez şəhərində terrorçu-kamikadze polis məntəqəsinə hücum edib. Əfqanıstan DİN-nin məlumatına görə, hücum nəticəsində 41 nəfər ölüb, 158 nəfər yaralanıb. İkinci terror aktı nəticəsində isə 25 polis əməkdaşı və 5 dinc sakin ölüb, 10 nəfər isə yaralanıb. (apa)