ABB SİBOS-2017 beynəlxalq konfransında iştirak edib

ABB SİBOS-2017 beynəlxalq konfransında iştirak edib
21:07 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Oktyabrın 16-19-da Torontoda (Kanada) keçiriləcək Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) SİBOS konfransında “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-də təmsil olunub.
"Report"un məlumatına görə, konfrans çərçivəsində bankın nümayəndə heyəti xarici banklarla görüşlər keçirib. Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin müvəffəqiyyətlə həyata keçirilən restrukturizasiyası prosesi barədə onlara məlumat verilib, Bankın strateji hədəfləri diqqətə çatdırılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
Hər il bu konfransa iri bank və maliyyə qurumlarının nümayəndələri, eləcə də beynəlxalq maliyyə sektoru üçün avadanlıq və proqram təminatı istehsalçılarının və təchizatçılarının təmsilçiləri qatılır.
Qeyd edək ki, bu konfransın keçirilməsinə 1978-ci ildən başlanılıb. Hər il müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən bu tədbir ümumdünya bank-maliyyə sektorunun mühüm nailiyyətlərindən sayılır.
Azərbaycanın müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abb-si-bos-2017-beynelxalq-konfransinda-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR