"Atletiko"nun "vuran ayağı" Bakıda məşqə çıxmadı

"Atletiko"nun "vuran ayağı" Bakıda məşqə çıxmadı
21:08 17 Oktyabr 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın “Atletiko” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi səfər oyunu öncəsi son məşqinə çıxıb.

Publika.az xəbər verir ki, Madrid təmsilçisi matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda məşq edib. Dieqo Simeonenin rəhbərliyi altında baş tutan son hazırlıq prosesində komandanın aparıcı futbolçusu Antuan Qrizmann iştirak etməyib. Fransalı futbolçu başı ağrıdığına görə, oteldə qalıb. Onun sabahkı oyunda iştirakı sual altındadı.

“Qarabağ” – “Atletiko” matçı sabah saat 20:00-da start götürəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/217366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR