Məktəbdə müayinə aparılmadan şagirdlərə dərman paylanılıb - VİDEO

Məktəbdə müayinə aparılmadan şagirdlərə dərman paylanılıb - VİDEO
21:12 17 Oktyabr 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaşda məktəbdə heç bir müayinə aparılmadan şagirdlərə dərmanlar paylanılıb.

Qurd əleyhinə olduğu deyilən tabletlərin aşağı sinif şagirdlərinə verilməsi valideynlərin narazılığına səbəb olub.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Ağdaşda, 3 saylı tam orta məktəbdə I-VI sinif şagirdlərinə helmintozlara qarşı verilən dərmanlardan gedir. Məktəbdə hər bir şagirdə 1 tablet darman verilib və bildirilib ki, qurda qarşıdır.
Bu isə valideynlərin narazılıgına səbəb olub. Onlar bildirir ki, heç bir müayinə olmadan uşaqlara dərmanların verilməsi təhlükəli ola bilər.
Məsələ ilə bağlı məktəbin direktoru Ələs Novruzov bildirdi ki, rayon Uşaq Poliklinikasının səhə həkimləri məktəbdə uşaqlarla görüş keçirib və helmintozlar paylanılıb. Bu dərmanların qəbulu məcburi deyil.
Ağdaş rayon Uşaq Poliklinikasının baş həkimi Gülər Hacıyeva bildirdi ki, helmintozlar Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən rayon Gigiyena və Epidemiologiya Mərkəzinə verilib. Profilaktik olaraq da rayondakı bütün məktəblərə paylanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/591198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR