WhatsApp-da yayılan bu mesaj təhlükəlidir - Diqqətli olun - VİDEO

WhatsApp-da yayılan bu mesaj təhlükəlidir - Diqqətli olun - VİDEO
21:12 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Son günlər WhatsApp istifadəilərinə gözdən əlil uşağın şəkli göndərilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ardınca gələn səsli mesajda isə bu uşağın Almaniyada kor olaraq doğulduğu və WhatsApp şirkətinin hər paylaşıma görə 20 sent qazandığı və şəklin daha çox paylaşılacağı halda uşağı əməliyyat etdirəcəyi bildirilir.
İKT üzrə mütəxəssis Samir Kərimov bildirir ki, bu tip şəkillərin və mesajların paylaşılması ilə WhatsApp şirkəti heç bir əlavə gəlir əldə etmir və şirkətin bu mesajlarla bağlı rəsmi açıqlaması var.
Samir Kərimovun sözlərinə görə, bəzi hallarda bu tip mesajlar xüsusi linklərlə göndərilir ki, həmin linklərə girən istifadəçilərin şəxsi məlumatları da oğurlana bilər.
Insanların isə bu mesajlara yanaşması birmənalı deyil.
Mütəxəssislər bildirir ki, bu tip saxta mesajların qarşısını almaq elə istifadəçilərin öz əlindədir. Bu məlumatlara inanmamaq və paylaşmamaq lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/mobilt/591197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR