ATƏT sədrliyi: Qarabağ nizamlanmasında yeni təkan görməkdən məmnunuq

ATƏT sədrliyi: Qarabağ nizamlanmasında yeni təkan görməkdən məmnunuq
22:12 17 Oktyabr 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Prezidentlərin təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımların axtarılması və danışıqlar prosesinin fəallaşdırılması üzrə tədbirlər görməyə bağlılığı və münaqişənin nizamlanmasında yeni təkan görməkdən məmnunuq".
“Report” xəbər verir ki, bu barədə Avstriyanın ATƏT-dəki sədrliyinin Azərbaycan və Ermənistan prezidentlərinin ötən gün Cenevrədə keçirilən görüşü ilə bağlı bəyanatında bildirilir.
Sədrlik ümid edir ki, danışıqlar prosesinin bərpa olunması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə konkret addımlarda öz əksini tapacaq. Qeyd olunur ki, Avstriya sədrliyi münaqişənin nizamlanmasında sülhün əldə olunması üzrə bütün səyləri dəstəkləməkdə davam edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/atet-sedrliyi-qarabag-nizamlanmasinda-yeni-tekan-gormekden-memnunuq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR