"iPhone 8" gözlənilən satış rekordunu qıra bilmədi - SƏBƏBLƏR

"iPhone 8" gözlənilən satış rekordunu qıra bilmədi - SƏBƏBLƏR
23:42 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

"iPhone 8" mobil telefonu gözlənilən satış rekordunu qıra bilməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Apple" şirkətinin sentyabrın 12-də təqdimatını keçirdiyi "iPhone 8" və "iPhone 8 Plus" yeni modelləri artıq bir çox ölkələrdə satışa çıxarılıb. Lakin bundan əvvəlki "iPhone 7" modeli iPhone 8-dən daha çox satılır.

Bunun səbəblərindən biri kimi noyabrda təqdimatı gözlənilən "iPhone X" modelinə görə iPhone 8-ə marağın azalması göstərilir.

Həmçinin iPhone 8-də "iPhone 7" ilə müqayisədə çox yenilik olmadığı üçün, həm də ucuz qiymətə görə əksər alıcıların əvvəlki modelə üstünlük verdiyi bildirilir.

Qeyd edək ki, iPhone 8-in ABŞ-da qiyməti 699 dollardan başlayır. iPhone X-in qiymətinin isə ən azı 999 dollar olacağı deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/mobilt/591230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR