Fransada teraktlar planlaşdıran 10 nəfər tutuldu

Fransada teraktlar planlaşdıran 10 nəfər tutuldu
23:49 17 Oktyabr 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

Fransada siyasətçilərə və İslam dininə aid obyektlərə hücumlar planlaşdırmaqda şübhəli bilinən 10 şəxs saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ultra-solçu hərəkatın üzvü olduğu şəxslər bu gün Parisin Buş-dü-Ron departamentində saxlanılıblar. Onlardan ikisinin həddi-buluğa çatmamış şəxs olduğu bildirilir.

 

Məlumata görə, saxlanılan şəxslərin yayda hücum hazırlamaqda şübhəli bilinərək saxlanılan 21 yaşlı şəxslə əlaqəli olduğu bəlli olub.

 

Dörd ay müddətində məxfi şəkildə hazırlanan genişmiqyaslı əməliyyatda polis əməkdaşları və xüsusi təyinatlılar iştirak edib.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/285897

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR