“Futbolçular pul üçün...” - Şakira sərt danışdı - FOTO

“Futbolçular pul üçün...” - Şakira sərt danışdı - FOTO
23:52 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Kolumbiyalı məşhur müğənni Şakira futbolçular barədə sərt danışıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  İtaliyada "Canale 5"də yayımlanan "Verissimo" verilişinin qonağı olan 40 yaşlı ifaçı, futbolçuların pul üçün hər kluba transfer olduqlarını deyib.

Şakira futbolçuları "muzdlu əsgər" adlandırsa da, həyat yoldaşı, "Barselona"nın müdafiəçisi Xerard Pikenin belə olmadığını deyib:

"Pikenin "Barselona"ya sədaqəti var. Pike fərqlidir. Onu "Barselona"dan ayıracaq pul yoxdur. Belə oyunçu tapmaq çətindir".

Qeyd edək ki, 6 ildir birlikdə olan Pike və Şakiranın ötən ay ayrıldığı barədə xəbər yayılmışdı. Cütlüyün 2 övladı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/591233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR