Ermənistan əhalisinin sayı 2,5 milyon nəfərə qədər azala bilər BMT

Ermənistan əhalisinin sayı 2,5 milyon nəfərə qədər azala bilər BMT
23:57 17 Oktyabr 2017
31 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda demoqrafik siyasət və miqrasiya bu cür davam edərsə, ölkə əhalisinin sayı 2035-ci ildə 2,5 milyon nəfərə qədər azala bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu bəyanatla BMT-nin Əhali Fondunun Ermənistan üzrə nümayəndəsi Qarik Ayrapetyan çıxış edib.
Fondun məlumatına görə, əgər ölkə əhalisinin artımı üçün doğumun artırılması və repatriasiya üçün müvafiq addımlar atılsa, 2035-ci ildə Ermənistan əhalisinin sayı 3,2 milyona çata bilər.
Ayrapetyanın sözlərinə görə, nəzəri olaraq bu mümkün olsa da, əməli cəhətdən çox çətindir.
Onun sözlərinə görə, Ermənistan prezidentinin 2040-cı ildə ölkə əhalisinin sayının 4 milyon nəfərə çatdırılması barədə bəyanatı da sadəcə ambisiyalı çıxış deyil, bu çox çətin əldə oluna biləcək bir məqsəddir.
"Bundan başqa, nəzərə almalıyıq ki, Ermənistan gəlirlərin bərabərsizliyi baxımından da dünya ölkələri sırasında ilk onluqda qərarlaşıb", - deyə Ayrapetyan vurğulayıb.
Rəsmi məlumatlara görə, hazırda Ermənistan əhalisinin sayı 3 milyondan bir qədər azdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/591237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR