Dubayda daha bir YENİLİK - FOTOLAR

Dubayda daha bir YENİLİK - FOTOLAR
00:43 18 Oktyabr 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

Dubay "Ağıllı şəhər" layihəsi çərçivəsində uçan motosikletlərdən sonra indi də "ağıll oturacaqlar" hazırlayıb.

Publika.az xəbər verir ki, şəhərin mərkəz küçələrində 6 ədəd “ağıllı oturacaq” quraşdırılıb. Günəş enerjisi ilə çalışan oturacaqlar USB giriş və “Wi-Fi” ilə təchiz olunub.

Bundan başqa, yay fəslində sərinlədici funksiyası, gecə saatlarında isə led işiqları aktivləşir.

“Ağıllı şəhər” layihəsi çərçivəsində quraşdırılan oturacaqlar yerli sakinlər və turistlər tərəfindən maraqla qarşılanıb. Mərkəzdən kənar küçələrdə də sözügedən oturacaqların quraşdırılacağı gözlənilir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/217383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR