Rusiya və ABŞ koalisiyası arasında görüş

Rusiya və ABŞ koalisiyası arasında görüş
06:59 18 Oktyabr 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya və İŞİD-ə qarşı ABŞ koalisiyasının nümayəndələri arasında Suriyada münaqişə hallarının aradan qaldırılmasına dair ikinci görüş keçirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə koalisiyanın rəsmi nümayəndəsi polkovnik Rayan Dillon bildirib.   

 

“Əvvəlki səviyyədə təşkil olunan ikinci görüş İraq və Suriya hüdudlarından kənarda keçirilib.  Bu görüş bir həftə əvvəl baş tutub”, - deyə R.Dillon bildirərək, görüşlə bağlı digər təfərrüatları açıqlamaqdan boyun qaçırıb.

 

Qeyd edək ki, birinci görüş sentyabrda baş vermişdi.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/285909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR