Mourinyo məvacibinin xeyli artırılmasını istəyir

Mourinyo məvacibinin xeyli artırılmasını istəyir
07:42 18 Oktyabr 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" futbol klubunun baş məşqçisi Joze Mourinyu bu klubla yeni kontraktın şərtlərini müzakirə etməyə hazırdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, portuqaliyalı mütəxəssis "Mançester Yunayted" ilə sazişin müddətinin artırılmasına bu şərtlə razıdır ki, onun məvacibi əhəmiyyətli dərəcədə artırılsın. Hazırda ildə 15 milyon funt sterlinq məvacib alan Joze Mourinyu istəyir ki, baş məşqçinin sayəsində İngiltərə klubunun qazandığı uğurlar və tərəqqi yeni kontraktda öz əksini tapsın.

Xatırladaq ki, bu mövsümdə heç bir matçda uduzmayan "Mançester Yunayted" hazırda İngiltərə peşəkar futbol liqasında ikinci yeri tutur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR