Səmada dəhşət: yüz minlərlə planet məhv oldu - FOTO

Səmada dəhşət: yüz minlərlə planet məhv oldu - FOTO
12:52 9 Yanvar 2015
225 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kosmosda ən nadir hadisələrdən biri yaşanıb. İki nəhəng qalaktika toqquşub və bu toqquşmada yüz minlərlə planet məhv olub. Planetlərlə yanaşı, asteroidlər və kometalar da bir anın içində qaz-toz topalarına çevrilib.
Milli.Az Space-ə istinadən bildirir ki, ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) NuSTAR (Nuclear Spectroscopic Telescope Array) nüvə spektroskopik teleskopu səmada unikal hadisəni qeydə alıb.
 
2012-ci ildə kosmosa buraxılmış teleskopun idarəetmə qrupunun üzvü, ABŞ-ın Pasadena şəhərindəki Kaliforniya Texnologiya İnstitutunun professoru Fiona Harrisonun dediyinə görə, bu toqquşma ağla gələ biləcək ən dəhşətli kosmik olaylardan biridir. Santa-Krusdakı Kaliforniya Universitetinin professoru Devid Smit isə hesab edir ki, toqquşmada yüz minlərlə planetin məhv olması kosmosda ağla gələ bilməyəcək səviyyə və miqyasda partlayış dalğasının yayılmasına, fantastik enerjinin parçalanmasına səbəb olub.
 
"Belə enerjinin nə olduğunu anlamaq üçün deyim ki, Yer planeti həmin toqquşmada vur-tut 0,0000000000000003 saniyədə məhv ola bilərdi", - Devid Smit söyləyib.
 
"Arp 299" tipinə şamil elilən iki nəhəng qalaktika Yerdən 134000000 işıq ili uzaqlıqda toqquşaraq partlayıb.
 
Milli.Az
 



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR