Bakıda kirayə mənzillər bahalaşıb

Bakıda kirayə mənzillər bahalaşıb
08:05 18 Oktyabr 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda sentyabr ayında kirayə mənzillərin qiyməti bahalaşıb.

Milli.Az bildirir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, kirayə mənzil bazarında qiymətlərdə ay ərzində artım 4,63 faiz təşkil edib.

N.İbrahimov bildirib ki, qiymətlərin artmasına kirayə mənzil bazarında aktivliyin yüksəlməsi səbəb olub.

O qeyd edib ki, ali təhsil müəssisələrində dərslərin başlanması ilə əlaqədar olaraq, Bakıya çoxlu sayda tələbələr gəlir və kirayə mənzil axtarırlar: "Bu baxımdan bazarda aktivlik artır və təbii ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olur".

Ekspert bildirib ki, növbəti aylarda qiymətlərin stabilləşəcəyi ehtimal edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/591244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR