Çin Tayvanın müstəqil olmasını var qüvvəsi ilə əngəlləyəcək

Çin Tayvanın müstəqil olmasını var qüvvəsi ilə əngəlləyəcək
08:47 18 Oktyabr 2017
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Çin separatçı qüvvələrin qarşısını alaraq Tayvanın müstəqil olmasını bütün gücü ilə əngəlləyəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Kommunist Partiyasının XIX qurultayının açılışında Çin sədri Si Szinpin deyib.
O bildirib ki, Pekin ardıcıl surətdə "bölünməz Çin" siyasətini davam etdirəcək və Tayvanın müstəqilliyinə imkan verməyəcək.
"Biz adada olan bütün mənfi xarakterli siyasi dəyişikliklərin nizamlanmasına səy göstərəcəyik. Biz bütün gücümüz ilə separatçı qüvvələrin qarşısını almaqla Tayvanın qondarma müstəqilliyinə qarşı çıxacağıq", - deyə o əlavə edib.
Çin sədrinin sözlərinə görə, Pekin Tayvan boğazı və ona bitişik ərazilərdə sülh şəraitinin dəstəklənməsində maraqlıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cin-tayvanin-musteqil-olmasini-var-quvvesi-ile-engelleyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR