Azərbaycan gömrükçüləri avtomobildə gizlədilmiş 1 130 ədəd fişəngi aşkara çıxarıb

Azərbaycan gömrükçüləri avtomobildə gizlədilmiş 1 130 ədəd fişəngi aşkara çıxarıb
09:52 18 Oktyabr 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama nəticəsində, avtomobilin sağ və sol qapılarının altında və arxa oturacağın arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerlərində "Magical Shote" adlı 1130 ədəd fişəng aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-gomrukculeri-avtomobilde-gizledilmis-1-130-eded-fisengi-askara-cixarib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR