İŞİD "paytaxt"ı uğrunda ölənlərin sayı açıqlandı - VIDEO

İŞİD "paytaxt"ı uğrunda ölənlərin sayı açıqlandı - VIDEO
10:37 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Suriyanın Rəqqa şəhərinin İŞİD terrorçularından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olanların sayı açıqlanıb.

Milli.Az BFMTV-yə istinadən bildirir ki, İŞİD-in faktiki "paytaxt"ı olmuş bu şəhər uğrunda 4 ay davam edən döyüşlərdə 3250 nəfər həlak olub.

Onların 1130 nəfəri mülki şəxslərdir. Həlak olanlar arasında 240 uşaq da var. Yerdə qalanlar İŞİD mənsubları və kürdlərin YPG terrorçu təşkilatının üzvləridir.

Rəqqa indi bütünlüklə YPG-nin nəzarətindədir.

YPG kürdlərin PKK terror təşkilatının Suriyadakı bölməsidir.

İŞİD Rəqqanı 2013-cü ildə ələ keçirmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İŞİD


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/591298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR