Pakistanda PARTLAYIŞ: 6 polis öldü

Pakistanda PARTLAYIŞ: 6 polis öldü
10:43 18 Oktyabr 2017
33 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanın şimal-qərbində yerləşən Kvetta şəhərində güclü partlayış baş verib.

Publika.az xəbər veri ki, şəhər məscidlərindən biri partladılıb. Hadisə nəticəsində ilkin məlumatlara görə, 6 polis həyatını itirib, 8 nəfər ağır yaralanıb.

Təhlükəsizlik Xidmətinin verdiyi məlumatlara görə, içərisində 35 nəfər polis əməkdaşı olan avtomobilin məscid yaxınlığında qoyulmuş mina üzərindən keçməsi partlayışa səbəb olub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn təhlükəsizlik xidmətinin əməkdaşları ərazini nəzarətə götürüb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/217419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR