Bu gecə Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bu gecə Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
10:47 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan Bakının Heydər Əliyev və Babək prospektlərinin, eləcə də Yusif Səfərov küçəsinin kəsişməsindəki yol qovşağında üfüqi nişanlanma xətləri yenidən çəkiləcək.
“Report” “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, bununla əlaqədar avtomobillərin hərəkəti qismən (yol bağlanmadan) məhdudlaşdırılacaq.
Rənglənmə işləri səhər saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bu-gece-bakinin-merkezinde-avtomobillerin-hereketi-mehdudlasdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR