Ukrayna Neft-Qaz Assosiasiyasının prezidenti: "SOCAR Ukrayna bazarında mövqelərini möhkəmləndirir"

Ukrayna Neft-Qaz Assosiasiyasının prezidenti: "SOCAR Ukrayna bazarında mövqelərini möhkəmləndirir"
10:52 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Kiyev. 18 oktyabr. REPORT.AZ/ Ukraynadakı çətin investisiya və biznes mühitinə baxmayaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynanın neft-qaz bazarında mövqeyini gücləndirməkdə davam edir.
Bu barədə "Report"un Ukrayna bürosuna eksklüziv müsahibəsində Ukrayna Neft-Qaz Assosiasiyasının prezidenti Dmitri Kulik bildirib.
Şirkətin bazardakı mövqeyini şərh edən D.Kulik qeyd edib ki, SOCAR-ın vəziyyəti yaxşı anlayan rəqabətqabiliyyətli menecmenti var, hökumət, ictimai təşkilatlar, tərəfdaşlar və bazardakı həmkarlarla kommunikasiya yaxşı səviyyədə qurulub.
"Buna görə klassik idarəetmə baxımından SOCAR-da hansısa problem görmürəm. Problemi işləməyin çətin olduğu Ukraynadakı investisiya və biznes mühitində görürəm. Nüfuzuna xüsusi önəm verən SOCAR kimi şirkətlər və digər iri strukturlar brendinə, hökumətlə əlaqələrə məsuliyyətli yanaşırlar", - D.Kulik deyib.
"Son zamanlarda SOCAR-ın fəaliyyətində ciddi irəliləyiş görürəm: neft tədarükü üzrə böyük müqavilə var, dövlət satınalmalarında iştirak edir, şirkət pərakəndə satış bazarında fəal təmsil olunur və o, fəal şəkildə inkişafını davam etdirir. Məncə, bu, şirkətin bazardakı mövqeyini möhkəmləndirməsinin sübutudur", - Ukrayna Neft-Qaz Assosiasiyasının prezidenti bildirib.
D.Kulikin sözlərinə görə, bu, şirkət menecmentini yalnız müsbət tərəfdən xarakterizə edir: "Çətin investisiya mühitinin olmasına baxmayaraq, şirkət bazardakı mövqeyini yalnız gücləndirir. Ola bilsin, tam Ukrayna şirkətinin edə biləcəyindən daha gec olur, lakin onlar uğur qazanırlar və bu, onların seçdiyi strategiyanın doğru olduğunun göstəricisidir. Əminəm ki, perspektivdə SOCAR Ukraynada daha geniş təmsil olunacaq. Çünki onların işə strateji yanaşması var və bu yanaşma bir il deyil, iki il deyil, onilliklər üçün hesablanıb."

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/ukrayna-neft-qaz-assosiasiyasinin-prezidenti-socar-ukrayna-bazarinda-movqelerini-mohkemlendirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR