Tuba Büyüküstünün məşhur müğənni ilə 14 il əvvəlki görüntüləri üzə çıxdı - VİDEO

Tuba Büyüküstünün məşhur müğənni ilə 14 il əvvəlki görüntüləri üzə çıxdı - VİDEO
11:03 18 Oktyabr 2017
103 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur aktrisası Tuba Büyüküstünün 14 il əvvəlki görüntüləri üzə çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadla bildirir ki, aktrisa 2003-cü ildə məşhur müğənni Kenan Doğulunun "Tanımamışsın" klipində çəkilib. Tuba həmin klipdə təxminən 2-3 saniyəlik kadrlarda görünüb. Karyerasına model kimi başlayan kino ulduzunun bu görüntüləri marağa səbəb olub.

Məlumat üçün bildirək ki, Tuba Büyüküstün Kənan Doğulunun həyat yoldaşı Beren Saatın ən güclü rəqiblərindən biri sayılır. İddialara görə, aktrisaların münasibətləri yaxşı deyil, onlar uzun illərdir küsülüdür. Buna səbəb isə Tubanın keçmiş sevgilisi Bülent İnalın ondan ayrıldıqdan sonra Beren Saatla sevgili olmasıdır. Tuba Büyüküstün Bülent İnalla "İhlamurlar altında" serialının çəkilişlərində tanış olub.

Tuba Büyüküstün hazırda iş adamı Umut Evirgenlə sevgilidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/217425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR