Ukrayna müharibə üçün HƏRƏKƏTƏ KEÇDİ: "Rusiyanın rahatlığını pozacağıq"

Ukrayna müharibə üçün HƏRƏKƏTƏ KEÇDİ: "Rusiyanın rahatlığını pozacağıq"
11:13 18 Oktyabr 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna donanması Rusiyaya qarşı hərəkətə keçib.

Publika.az xəbər verir ki, donanma Rusiyanın Qara dənizdəki flotuna qarşı “qurd sürüsü” adlı taktikadan istifadə etməyi planlaşdırıb.

Ukraynalı general Aleksandr Requla taktika haqqında məlumat verib:

“Taktika tək bir düşmənə qarşı bir neçə zirehli müharibə gəmisi ilə eyni zamanda, hücuma keçməyi ehtiva edir. “Qurd sürüsü” düşmən gəmisinə 6 savaş gəmisi ilə hücum edə biləcəyimiz anlamına gəlir. Düşmən gəmisi isə eyni anda birdən çox hədəfi təsbit etmək və bunlara atəş açmaq qabiliyyətinə sahib deyil”.

General məqsədlərinin Rusiyanın Qara dənizdəki rahatlığını pozması olduğunu bildirib.

Qeyd edək ki, “Qurd sürüsü” taktikası II Dünya Müharibəsində Almaniya və ABŞ sualtı gəmiləri tərəfindən istifadə edilmişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/217422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR