Yohannes Han: "Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır"

Yohannes Han: "Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır"
11:22 18 Oktyabr 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han deyib. O bildirib ki, Aİ ilə Azərbaycan münasibətləri yeniləmək və 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəzləyəcək yeni ikitərəfli sazişlə əlaqələrin tam potensialını inkişaf etdirmək niyyətindədir: "Hələlik adı məlum olmayan bu saziş ortaq fundamental dəyərlər və prinsiplər əsasında əlaqələrimizi genişləndirəcək və dərinləşdirəcək, qarşılaşdığımız çağırışlar və ortaq qlobal, siyasi-iqtisadi maraqları nəzərə alacaq. Saziş siyasi, sektoral, ticarət və iqtisadi əlaqələri əhatə edəcək".
 
Komissar Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı təmsil etdiyi təşkilatın mövqeyini də izah edib: "Münaqişəyə dair bizim mövqeyimiz bəllidir. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun münaqişə zonasında gərginliyin azaldılması ilə bağlı təxirəsalınmaz tədbirləri nəzərdən keçirməyi nəzərdə tutan, o cümlədən tərəflərin substanstiv və vacib siyasi iradə ilə danışıqlara yenidən cəlb olunması istiqamətindəki səylərini dəstəkləyir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/591324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR