Bakıda Azərbaycan-Avstraliya biznes-forumu keçirilir

Bakıda Azərbaycan-Avstraliya biznes-forumu keçirilir
11:32 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-Avstraliya biznes-forumu işə başlayıb. 
"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov açıb. 
O bildirib ki, Azərbaycanda Avstraliya kapitallı 12 şirkət dövlət qeydiyyatından keçib: "Bu şirkətlər Azərbaycanın neft-qaz sektorunda fəaliyyət göstərir. Hazırda Azərbaycanla Avstraliya arasında ticarət dövriyyəsi zəifdir. Bu forumda bu barədə də müzakirələr aparmağa çalışacağıq".
Biznes-forumda çıxış edən Avstraliya nümayəndə heyətinin üzvü Con Hammond (Jon Hammond) isə deyib ki, tədbirdə ölkəsini 27 nəfər təmsil edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/bakida-azerbaycan-avstraliya-biznes-forumu-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR