"Heç vaxt "Napoli" kimi bir komanda ilə qarşılaşmamışdım"

"Heç vaxt "Napoli" kimi bir komanda ilə qarşılaşmamışdım"
11:37 18 Oktyabr 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının qrup mərhələsində evdə "Napoli"ni məğlub edən (2:1) "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola oyundan sonra fikirlərini bildirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, ispan mütəxəssis Neapol təmsilçisinin ünvanına təriflər yağdırıb:

"Oyunçu və məşqçi karyeram ərzində "Napoli" kimi bir komanda ilə qarşılaşmamışdım. Çətin oyun olacağını düşünürdüm, belə də oldu. Çempionatın son turunda 7:2 hesabıyla qalib gəldiyimizdən, bəzi jurnalistlər bu matçda da bu cür qələbə gözləyirdilər. Bu qələbə ilə qürur duyuram. "Napoli" kimi bir komanda ilə matçda bütün oyuna nəzarət edə bilməsiz. Bir qrup uşağa qarşı oynayacağımızı düşünürdüz? A seriyasının liderinə qarşı oynayırdıq".

Xatırladaq ki, 3 turdan sonra 9 xala malik "Mançester Siti" qrupa liderlik edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR