Vitali Kliçko Azərbaycanı Kiyevin mənzil fondunun müasirləşdirilməsində əməkdaşlığa dəvət edib

Vitali Kliçko Azərbaycanı Kiyevin mənzil fondunun müasirləşdirilməsində əməkdaşlığa dəvət edib
11:42 18 Oktyabr 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Kiyev şəhərinin meri Vitali Kliçko Azərbaycanı Ukrayna paytaxtının mənzil fondunun müasirləşdirilməsində əməkdaşlığa dəvət edib.
"Report" xəbər verir ki, bu barədə V.Kliçko Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ilə görüşündə bildirib.
"Həm yolların yenidən qurulması, həm də müasir infrastrukturun tikintisində ən qabaqcıl təcrübələri öyrənmək üçün səfər edirik. Yaxşı ki, dostluq münasibətlərimiz var. Azərbaycanı strateji tərəfdaş kimi görürük. Ukraynada, xüsusilə Kiyevdə böyük Azərbaycan diasporu yaşayır. Sizin şirkətləriniz artıq paytaxtda yolların inşa edilməsində işləyir və tərəfdaşlığımızı daha səmərəli və qarşılıqlı faydalı etmək lazımdır", - V.Kliçko vurğulayıb.
Onun sözlərinə görə, Kiyevin mənzil fondunun yeniləməsinə və yeni mənzillərin tikilməsinə ehtiyacı var. O, bu məsələdə Bakının yeni rahat mənzillər tikintisində və hələ sovetlər dövründə tikilmiş köhnə binaların ləğv edilməsindəki uğurlu təcrübəsinin zəruri olacağını qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/vitali-klicko-azerbaycani-kiyevin-menzil-fondunun-muasirlesdirilmesinde-emekdasliga-devet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR