Aydın Kərimov vəfat etdi

Aydın Kərimov vəfat etdi
11:57 18 Oktyabr 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Auditorlar Palatası sədrinin sabiq müşaviri Aydın Kərimov vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə palatanın yaydığı elanda deyilir.
 
"Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbərliyi, kollektivi və üzvləri Auditorlar Palatasının keçmiş əməkdaşı Aydın Kərimovun vaxtsız vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər", - deyə elanda qeyd edilib.
 
Qeyd edək ki, 2011-ci ildə Aydın Kərimov Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə auditor xidmətinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/591344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR