Mosulda silahlar susmadı: gecə boyunca əldən-ələ keçən şəhərdə ölü və yaralılar var

Mosulda silahlar susmadı: gecə boyunca əldən-ələ keçən şəhərdə ölü və yaralılar var
12:03 18 Oktyabr 2017
33 Dünya
Ölkə mətbuatı
A- A+

İraqda ordu birlikləri ilə birlikdə irəliləyən Haşdi Şabi qüvvələri ilə şəhərin şərqindəki peşmərgə üzvləri arasında silahlı qarşıdurma yaşanıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 9 nəfər ölüb, 11 nəfər yaralanıb.

Əlahiddə polis təşkilatının idarəçilərindən Əli Əkbər Əl Hafaci Mosul sərhədindəki yaşanan şiddətli qarşıdurmanın gecə saat 3 radələrində baş verdiyini bildirib.

Peşmərgə Mosul sərhədindən çəkilməyi və bölgəni Haşdi Şabiyə təslim etməyi rədd edib. Daha sonra peşmərgə qüvvələri havaya boş atəşlər açıb, lakin Haşdi Şabi sərhədə doğru sürətlə irəliləməyə davam edib.

Sonra isə İraq ordu birlikləri saatlarla davam edən qarşıdurmanın yaşandığı Mosul sərhədini peşmərgədən geri alıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/217432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR