"Hotellərin nikah kağızı tələb etməsi qanunsuzdur” - Nazir müavini

"Hotellərin nikah kağızı tələb etməsi qanunsuzdur” - Nazir müavini
12:04 18 Oktyabr 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

"Hotellərin nikah kağızı tələb etməsi faktları əvvəllər daha çox idi".

 

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə deyib.

 

Nazir müavini bildirib ki, media nümayəndələri bu məsələyə diqqət ayırandan sonra müzakirələr başlayıb: "Nazirlik tərəfindən dəfələrlə bəyanat verilib ki, hotellərin nikah kağızı tələb etməsi qanunsuz məsələdir, dünya praktikasında yoxdur, onu tələb etmək ən azı etik baxımdan doğru deyil. Düzdür, indi də bu faktlar var, amma deməliyəm ki, onların sayı get-gedə azalır. Əgər kimsə bu faktlarla üzləşərsə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edə bilər".
 

N. Səmədov əlavə edib ki, hotelin nikah kağızı tələb etməsi hər hansı işçinin özbaşınalığı da ola bilər: "Nazirlik müdaxilə edir, sahibkarlarla ünsiyyətdə oluruq, onlara başa salınır ki, bu sahədə hotel sahibi özünü necə aparmalıdır. Bəzən hotellərdə qanunvericilikdən xəbəri olmayan insanlar çalışır. Bu, konkret işçinin özbaşınalığı da ola bilər". 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/285937

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR