"Azərbaycan və Avstraliya ticarət əlaqələrini artırmalıdır" - FOTO

"Azərbaycan və Avstraliya ticarət əlaqələrini artırmalıdır" - FOTO
12:22 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

"Azərbaycan və Avstraliya ticarət əlaqələrini iki ölkə arasındakı mövcud siyasi münasibətlərin səviyyəsinədək yüksəltməlidir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda Azərbaycan-Avstraliya biznes forumunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq müddətində ölkələr yaxşı siyasi əlaqələr təşkil edə bilib, lakin Azərbaycanla Avstraliya arasındakı ticarət dövriyyəsi bu səviyyəyə uyğun deyil: "Azərbaycanın çoxlu ideya və layihələri var ki, bunlar Avstraliyadan olan həmkarlarımızı maraqlandıra bilər".

AZPROMO rəhbəri qeyd edib ki, bu gün Avstraliya şirkətləri əsasən, Azərbaycanın neft-qaz sektorunda işləyir, amma Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunda da bir çox digər layihələr təklif edə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/591350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR