Bakıda əcnəbi kişi tanış olduğu qadını evə apardı, başına iş gəldi

Bakıda əcnəbi kişi tanış olduğu qadını evə apardı, başına iş gəldi
12:39 18 Oktyabr 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda İtaliya vətəndaşının pul qabı oğurlanıb. Lent.az xəbər verir ki, 1956-cı il təvəllüdlü Renato Zorze polisə müraciət edərək bildirib ki, bir neçə gün əvvəl paytaxtda qadınla tanış olub. O, daha sonra həmin qadını Zərifə Əliyeva küçəsi 28 ünvanında kirayə tutduğu evə aparıb.

 

Burada həmin qadın italiyalı kişinin cibindən hesabında 12 min manat pul olan bankomat kartını oğurlayıb.

 

Bakıdakı tikinti şirkətlərindən birində işləyən Renato Zorzenin müraciətindən sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə Gürcüstan vətəndaşı olan Liya Nikobadze tutulub. Ona əməlində kömək etmiş Bakı sakini Elşad Ərəbov da yaxalanıb.

 

Araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/285941

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR