Keyptaun hava limanında baş verən atışmada 2 nəfər xəsarət alıb

Keyptaun hava limanında baş verən atışmada 2 nəfər xəsarət alıb
12:42 18 Oktyabr 2017
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Cənubi Afrikanın ən böyük şəhərlərindən olan Keyptaunun Beynəlxalq Hava Limanında atışma nəticəsində 2 nəfər yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polis nümayəndəsi Viş Naydu məlumat verib.
Şahidlərin sözlərinə görə, bu gün səhər saatlarında hava limanı binası yaxınlığına iki avtomobil gəlib. Avtomobillərdən birinin sərnişinləri digər nəqliyyat vasitəsinə atəş açıblar. Hadisə nəticəsində 2 nəfər yaralanıb, onlara lazımi tibbi yardım göstərilib.
Hava limanının iş rejimi pozulmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/keyptaun-hava-limaninda-bas-veren-atismada-2-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR