Vüsalə Kərimova "Maşın"ı tərk edən iki tanınmışla mübahisəsindən danışdı - VİDEO - FOTO

Vüsalə Kərimova "Maşın"ı tərk edən iki tanınmışla mübahisəsindən danışdı - VİDEO - FOTO
12:42 18 Oktyabr 2017
164 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, "Maşın" şounu tərk müğənni Günel Ələkbərova hazırda verilişdə mübarizəni davam etdirən aparıcı Vüsalə Kərimova barəsində sərt ittihamlar səsləndirib.

Milli.Az xəbər verir ki, o, teleaparıcı haqqında açıqlamasında "O xanımın psixoloji problemləri var, anormaldır. Oğlu yaşında insanla görüşür" kimi ifadələr söyləyib.

Oxu.az-ın əməkdaşı ötən gün şouda iştirakçılara ayrılan fasilə zamanı V.Kərimova ilə görüşüb və G.Ələkbərovanın onun haqda söylədiyi sözlərə münasibətini öyrənib.

"O xanım haqqında danışsam, bu, onun üçün reklam olar. İnidyədək televiziyalarda görünmürdü, onun reklama ehtiyacı var. Mən bu şansı ona verməyəcəyəm", - deyə V.Kərimova vurğulayıb.

O, şounu tərk edən digər iştirakçı Ülviyyə Alovlu ilə aralarında yaranan mübahisəyə də aydınlıq gətirib:

"Burada hamının əsəbləri gərilib. Hər kəsin arasında münasibətlər pozula, sözləri çəp gələ bilər. Bildiyiniz kimi, Ülviyyə Alovlu artıq şounu tərk edib. Bu, o demək deyil ki, biz onunla düşmənik. Onlar hamısı şouda baş verdi. Əgər kimsə şounu tərk edəndən sonra kiminləsə münasibət qurmaq istəmirsə, bu, onun şəxsi işidir". 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Vüsalə Kərimova

Videonu izləmək üçün şəklə klikləyin:
Vüsalə Kərimova

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/591334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR