Azərbaycanda nümunəvi çimərlik yaradılacaq

Azərbaycanda nümunəvi çimərlik yaradılacaq
12:47 18 Oktyabr 2017
21 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda bütün mövcud çimərliklərə nümunə olacaq çimərlik yaradılacaq".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib.

"Bu il çimərlik turizmi ilə bağlı müsbət nəticəyə gələ bilmədik. Artıq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nardaran qəsəbəsinə yaxın ərazidə 2 km-lik yer ayrılıb. Potensial investorlarla yaxın günlərdə işlər başlanacaq. Gələn mövsümə hazırlanmasını istəyirik. Bu çimərlik klasterinin yaradılması digər çimərliklər üçün də nümunə ola bilər", - nazir müavini əlavə edib.

N.Səmədov deyib ki, hazırda turizm sektorunda 43 mindən çox adam çalışır. Ümumilikdə, mədəniyyət və turizm sektorunda isə 100 minlik işçi heyəti mövcuddur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/591364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR