BANM-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

BANM-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
13:02 18 Oktyabr 2017
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib.
Ali Məktəbdən "Report"a verilən məlumata görə, tədbirdə BANM-in rəhbərliyi və professor-müəllim heyəti iştirak edib.
BANM-in rektoru Elmar Qasımov Azərbaycan tarixinin ən önəmli günlərindən biri olan 18 oktyabr Dövlət Müstəqilliyi Gününün yaranma tarixindən, xalqın müstəqillik uğrunda gərgin mübarizəsindən danışıb. 
O, 1918-ci ildə qazanılan qısamüddətli müstəqillikdən sonra, 70 il ərzində xalqımızın tükənməyən müstəqillik arzusu ilə çırpınaraq yenidən 1991-ci il 18 oktyabr tarixində “Azərbaycan dövlət müstəqilliyi haqqında Konstitusiya Akti”nın qəbul olması ilə yenidən müstəqilliyə nail olduğunu bildirib. 
Tədbirdə müstəqilliyə qədəm qoyulandan bu günə qədər ölkənin siyasi və beynəlxalq arenada əldə etdiyi uğurlardan danışan E.Qasımov, bu nailiyyətlərin ümummilli lider Heydər Əliyevin seçdiyi strateji inkişaf yolunun və uzaqgörən siyasətinin nəticəsi olduğunu qeyd edib.
E.Qasımov müstəqilliyin bərpasının 26-ci ildönümü münasibətilə bütün tədbir iştirakçılarını və Azərbaycan xalqını ürəkdən təbrik edib, müstəqilliyimizin daimi və möhkəm olmasını arzulayıb.
Tədbirdə BANM-in ingilis dili və humanitar fənnlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev çıxış edərək tədbir iştirakçılarını Azərbaycanın dövlət müstəqilliyinin tarixi məqamları və keçdiyi inkişaf yolu haqda geniş məlumatlandırıb. Müstəqillik günündə keçirilən görüşdə BANM-in tələbələri də fəal iştirak edərək bu mövzuda hazırladıqları maraqlı prezentasiyalarını təqdim ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/banm-de-azerbaycanin-dovlet-musteqilliyi-gunu-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR